AZ

Qəzaların çox olduğu prospektdə yenilik edilib - VİDEO

Bakıda qəzaların çox olduğu prospektdə yenilik edilib.
 
Moderator.az Xəzər TV-yə istinadən bildirir ki, 8 Noyabr prospekti ilə Qədir Məmmədov küçəsinin kəsişməsində hərəkətin təşkili ilə bağlı yeni qərar qəbul olunub.
 
Əvvəllər Qədir Məmmədov küçəsindən prospektə çıxan sürücülər məcbur idilər ki, buradan yalnız sağa dönərək hərəkətlərini "Nargilə" istiqamətində davam etdirsinlər. Ancaq yenilik ondan ibarətdir ki, işıqforda yaşıl işığı gözləməklə hərəkətlərini düzünə davam etdirə bilərlər.
 
Hesab edilir ki, bu dəyişikliklər nəqliyyat vasitələrinin manevr imkanlarını genişləndirərək, hərəkətin buraxma qabiliyyətinin artmasına və yol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək edəcək.
 
Qeyd edək ki, hazırda ərazidə nişanlanma işlərinin təşkili davam etdirilir.
 
Xatırladaq ki, 8 Noyabr prospektində əvvəllər çoxsaylı yol-nəqliyyat hadisələri qeydə alınırdı. Mütəxəssislər qəzaların azalması üçün işıqforların vacibliyini vurğulayırdı. 
 
Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:
 

 

Seçilən
31
11
moderator.az

10Mənbələr