Millətlər Liqasının son mövsümü azərbaycanlı futbolsevərlərə yalnız ürəkağrısı bəxş etdi. Bu turnirdə çıxışına reytinqinə görə məhz D liqasında başlayn yığmamız 6 ildən sonra yenidən həmin yerə yuvarlandı. Belədə tarixə qısacaq nəzər salmağa dəyər.
Qurban Qurbanov son addımı ata bilmədi
Millətlər Liqasının start - 2018/19 mövsümündə D liqasında yer almışdıq. Rəqiblər də yığmanın “dişinə görə” idi. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda, sadəcə, son addımı ata bilmədi. Mübarizənin taleyi Kosovo ilə iki oyunda həll olundu. Sentyabrın 7-də Bakıda keçirilən oyunda yığmamız böyük üstünlüyə rəğmən, bu rəqibin qapısın yol tapa bilmədi. Noyabrın 20-də keçiriən cavab oyununda isə bizə yalnız qələbə lazım idi. Son oyun ərəfəsində Kosovonun 11, yığmamızın 9 xalı var idi. Amma 0:4 hesablı məğlubiyyət liderlik arzumuzu “dəfn etdi”. Bakıdakı oyunu xatırlayarkən bir məqam hələ də bizi ağrıdır: çox ehtiyatlı, çəkingən oynadıq, qələbə yolunda lazımi fədakarlıq göstərmədik.
1. Kosovo 6 4 2 0 15-2 14
2. Azərbaycan 6 2 3 1 7-6 9
3. Farer adaları 6 1 2 3 5-10 5
4. Malta 6 0 3 3 5-14 3
Mahir De Byazinin debütünü korladı
UEFA format dəyişikliyinə getdi və Millətlər Liqasının 2020/21 mövsümünə C liqasında başladıq. 2020-ci il iyulun 31-də yığmanın “sükanı arxasına” Canni de Byazi keçdi. Sentyabrın 5-də start götürən qrup oyunları italiyalı mütəxəssis üçün ilk ciddi cınaq idi. Və biz mərhələyə qələbə ilə başlaya bilərdik. Təssüf ki, evdə keçirilən ilk oyuna – rəqib Lüksemburq idi - Mahir Emreli pis mənada damğa vurdu. Yığmanın əsas qol ümidlərindən biri artıq 25-ci dəqiqədə birbaşa qırmızı ilə meydandan qovuldu. Ramil Şeydayev hissənin sonunda hesabı açsa da, 2-ci hissədə iki qol vuran qonaqlar meydandan qalib ayrıldı. Xüsusən evdə çox inamsız oyunan və bir qələbə də qazana bilməyən yığmamız səfərdə Cənubi Kipri məğlub etsə də, bu qələbə heç nəyə yaramadı.
1. Monteneqro 6 4 1 1 10-2 13
2. Lüksemburq 6 3 1 2 7-5 10
3. Azərbaycan 6 1 3 2 2-4 6
4. C.Kipr 6 1 1 4 2-10 4
Qazaxıstanla bacarmadıq
Yenə C liqasında başladığımız 2022/23 mövsümü ilə bağlı təəssürat birmənalı deyil. Yenə De Byazinin rəhbərlik etdiyi komanda bu dəfə ümumilikdə pis təsir bağışlamadı. Belarusla Qazaxıstanı evdə, Slovakiyanı səfərdə məğlub etdi. Amma Bakıda darmadağın etdiyimiz qazaxlar mərhələni daha inamlı keçirdi. Onların Avropa çempionatına yolunu 5:0 hesablı qələbə ilə Yunanıstan kəsdi.
Yığmamız Millətlər Liqasındakı 4-cü mövsümə daha bir legioner məşqçi – Fernando Santuş ilə başladı. Nəticələrlə tanışsız, bir daha xatırlatmağa dəyməz. İndiyə qədər ən pis halda 6 xal toplamışdıq, indi isə o nəticəyə belə həsədlə baxırıq.
1. Qazaxıstan 6 4 1 1 8-6 13
2. Azərbaycan 6 3 1 2 7-4 10
3. Slovakiya 6 2 1 3 5-6 7
4. Belarus 6 0 3 3 3-7 3
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta