AZ

COP29: Qlobal İqlim Gündəmində Azərbaycan QHT-lərinin Fəallığı

COP29-un vətəndaş cəmiyyəti üçün nəticələri...

İstənilən fəaliyyətin nəticələrinin uğurlu olub-olmamasını konkret rəqəmlərlə və feedback-lərlə ölçmək olur. Əgər vətəndaş cəmiyyətinin COP29 Azerbaijan-da QHT-lərin iştirakçılılıq dərəcəsini ölçmək üçün rəsmi rəqəmlərə baxmaq kifayət edir. Mən şəxsən xatırlamıram ki, nə vaxtsa Azərbaycanda 11 minə yaxın QHT təmsilçiləri bir tədbir günlərində iştiralk etsin. 76000 ümumi iştirakçı arasında bu qədər QHT-nin olması, və onların 2100-ə qədəri məhz BMT UNFCCC-nin xüsusi statusuna malik olması COP29-nun dünya QHT-ləri üçün nə dərəcədə əhəmiyyətli olmasını şərtləndirir. Daha bir uğur göstəricisi ilk dəfə Azərbaycan QHT-sinin təşəbbüsünə (bu halda AMQF) dünyanın 137 ölkəsindən vətəndaş cəmiyyəti təsisatları səs verdi. Onlar Azərbaycan Milli QHT Forumunun - Qlobal Cənub QHT Platforması üçün 1023 imza verdilər. Artıq dünyada iqlim məsələləri ilə məşğul olan QHT-lər arasında populyarlıq qazanan AMQF tərəfindən təşəbbüs olunan COP29 QHT Koalisiyası məhz COP29 dövründə ümumi üzv sayının daha 90 təşkilat olmaqla artıraraq təxminən 100-dək ölkədən 500-dək QHT üzv sayına nail oldu. Hal-hazırda tərəfimizdən üzvlərin Məlumat Bazasının təkmilləşdirilməsi işi aparılır. Lakin uğurluluq dərəcəsinin hım kəmiyyət, həm də keyfiyyət baxımından ölçülməsini nəzərə alaraq qeyd etməliyəm ki,  COP29 Azərbaycan QHT-ləri öz potensialını açmaq üçün yeni fürsətlər və imkanlar açdı. Əminliklə demək olar ki, artıq Azərbaycan QHT-ləri qlobal müstəvidə tanınır, fəal iş aparır, proseslərin məcrasını müvafiq formaya dəyişdirə bilmək üçün təsirli gücə çevrilir. İctimaiyyət üçün açıq olan Yaşıl Zonada Milli QHT-lərin ümumi məkanı olan MQF Pavilionunda 52 yan tədbir təşkil olundu. Ümumilikdə, bu tədbirlərdə təxminən 2600 nəfər iştirak edib. Bu təkcə kəmiyyət deyil, həm də keyfiyyətdir. Bu tədbirlərin demək olar ki, hamısının əsas spikerləri xarici QHT-lər olub. Bu, Azərbaycan QHT tarixində yeni mərhələdir. Bu tədbirlərin əksəriyyətində xarici QHT nümayəndələrinin fəal iştirakı, auditoriyanı tutması çox müsbət haldır. Yəqin ki hamımız QHT Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin sosial şəbəkə hesablarından izləyərək, tədbirlərin foto və videomateriallarında da bu mənzərə aydın görürdük. Keyfiyyət göstəricisi olaraq, Azərbaycan QHT-lərinin Blue Zone-da aktivliyi, mötəbər dövlətlərarası qurumların, beynəlxaql və regional təşkilatların tədbirlərində iştirak və moderatorluq, QHT-lərimizin iştirakı iləı COP29 zamanı imzalanan bəyənat və razılaşmalar, memorandumlar, və yaradılan beynəlxalq platformaları da xüsusilə qeyd etməliyik.

Aşağıdakıları misal gətirmək olar:
- Qoşulmama Hərəkatı ölkələrinin, Xəzəryanı ölkələrin, Türk dövlətlərinin QHT-lərinin şəbəkələrinin yaradılması, onların Azərbaycanın gündəliyinə uyğun fəaliyyətə cəlb edilməsi strateji irəliləyişdir. Bundan başqa, “Troyka” formatında BƏƏ, Azərbaycan və Braziliya QHT-lərinin əməkdaşlıq formatının yaradılması çox vacib idi. COP29-da qeyd olunan 4 mühüm istiqamətin hər biri üzrə beynəlxalq konfranslar keçirilib. Bu tədbirlərdə ümumilikdə, 250-dən çox xarici QHT iştirak edib. Qonaqların içərisində xeyli nüfuzlu şəxslər göründü. B

MT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin QHT şöbəsinin müdiri Wook-Jin Chang, Sülhün Kökləri Fondundan Heidi Kühn, Keniyanın iqlim çempionu, Keniya prezidentinin qızı xanım Charlene Ruto və digərlərini misal çəkmək olar;


QHT-lərimiz COP29 məkanından kənarda da COP29 zamanı aktiv oldular. Bir sıra off-side eventləri təşkil etdilər. Həmçinin Azərbaycan xalqını təhqir etmiş konqresmen Frank Pollene əleyhinə keçirilmiş dinc aksiyalar da COP29 dövründə Azərbaycan vətəndaş cəmiyyətinin rolunu və təsirini göstərmiş oldu.   
 

Ümumilikdə Azərbaycan QHT-lərinin COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirdə uğurlu iştirakı, gələcəkdə bizə imkan verir ki, mövzudan asılı olmayaraq digər beynəlxalq əhəmiyyətli tədbirlərdə Azərbaycan gündəliyini beynəlxalq aləmə effektiv çatdırılmasını təmin edək.

Ramil İsgəndərli

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə heyətinin sədri
 

Seçilən
28
50
qht.az

10Mənbələr