AZ

Şəkidə 21 yaşlı oğlan faciəvi şəkildə öldü


21 yaşlı gəncin huşsuz bədəni yaxınları tərəfindən vanna otağında aşkarlanıb.

News24.az xəbər verir ki, Şəki şəhəri Mehdi Hüseynzadə küçəsi ev 40 ünvanında yaşayan 21 yaşlı şəhər sakini Süleyman Mustafayev huşsuz vəziyyətdə evin vanna otağında aşkarlanıb. Ailə üzvləri onun hamamdan çıxmadığını görüncə narahat olub və vanna otağına baxış keçirib.

Dərhal Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edilib.

Həkimlər ilkin tibbi müayinədən sonra Süleyman Mustafayevin dəm qazından boğularaq həyatını itirdiyini bildiriblər.

Ölüm hadisəsinin daha dəqiq təfərrüatlarını bilmək məqsədi ilə 21 yaşlı gəncin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

(Azərtac)



Seçilən
34
8
news24.az

10Mənbələr