AZ

Kritik qlobal problemlər Bakıda həllini tapdı: COP29-un 13-cü günündə yaşananlar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baku TV "COP-BAKU" layihəsi çərçivəsində COP29-un on üçüncü günü haqqında reportaj hazırlayıb.
Bildirilib ki, COP-29-un son günündə müzakirələr zamanı milli iqlim planlarının növbəti mərhələsi çərçivəsində Avropa İttifaqı və 25-ə yaxın ölkə kömürlə işləyən istilik elektrik stansiyaları tikməyəcəkləri ilə bağlı öhdəlik götürüb.
Dünyanın ən çox kömür istehlak edən ölkələri olan Çin və Hindistan, eləcə də ABŞ isə indiyədək bu sənədə məhəl qoymayıb. COP29 keçirilən məkanda iqlim fəalları etiraz aksiyası təşkil ediblər.
Aksiya iştirakçıları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağıran şüarlar səsləndiriblər. Onlar Qərb ölkələrini COP29 danışıqlarının məhsuldar bitməsi üçün aktivlik nümayiş etdirməməkdə ittiham ediblər. İqlim maliyyələşməsinin müəyyən edilməsi ilə bağlı uzun və gərgin keçən müzakirələr isə axşam saatlarına qədər davam edib. Bağlanış sessiyasının birinci hissəsində sənədlərin bir qismi təsdiqlənsə də, yekun qərar üçün əlavə müzakirələr gecə saatlarına qədər çəkib.
COP29-un bağlanış plenar iclasında yeni iqlim hədəfi qəbul olunub. İnkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması təmin ediləcək.
Yeni məbləğ hədəfinin elan olunması alqışlarla qarşılanıb. COP29-da dəstəyə ehtiyacı olan dövlətlərin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını nəzərdə tutan qərarın qəbul olunması da əsas uğurlardan biridir.
Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyinin məbləği 731 milyon ABŞ dollarından artıqdır. Paris İqlim Razılaşmasının 6-cı bəndinin bütün müddəaları üzrə razılığın əldə edilməsi də əldə olunan əsas nəticələrdən biri hesab edilir. Bu bəndin təsdiqlənməsi ölkələrin Milli İqlim Fəaliyyəti Planlarının icrası məqsədilə 250 milyard dollar vəsaitə qənaət etməyə kömək edəcək. Bununla da, 10 il boyunca sözügedən istiqamətdə davam edən müzakirələrə son qoyulub.
Daha ətraflı Baku TV-nin materialında:
Seçilən
26
50
oxu.az

10Mənbələr