Bu gün Rumıniyada prezident seçkiləri keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Rumıniyanın milli xəbər agentliyi olan “Agerpres” məlumat yayıb.
Bildirilib ki, ölkədə yerli vaxtla saat 07:00-da təxminən 19 min seçki məntəqəsi fəaliyyətə başlayıb. Xaricdə yaşayan ölkə vətəndaşları isə noyabrın 22-dən başlayaraq ardıcıl üç gündür ki, onlar üçün açılan seçki məntəqələrində səs verirlər.
Dövlət başçısı postu uğrunda 14 namizəd mübarizə aparır.
Səsvermənin ikinci turunun dekabrın 8-də keçiriləcəyi gözlənilir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta