AZ

İtkin düşən İsrail hərəkatının nümayəndəsinin cəsədi tapılıb

 BƏƏ-də yaşayan “Çabad” yəhudi dini hərəkatının nümayəndəsi Zvi Koqan öldürülüb, onun meyiti Birləşmiş Ərəb Əmirliklərinin təhlükəsizlik xidmətləri tərəfindən aşkar edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
Bildirilir ki, Birləşmiş Ərəb Əmirliklərinin kəşfiyyat və təhlükəsizlik orqanları 2024-cü il noyabrın 21-də itkin düşən Zvi Koqanın cəsədini aşkarlayıb:
"Zvi Koqanın qətli cinayət xarakterli antisemit terror aktıdır. İsrail dövləti onun ölümünə görə məsuliyyət daşıyan cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün bütün vasitələrdən istifadə edəcək”, - bəyanatda deyilir.

İsrailin Milli Təhlükəsizlik Şurası bu yaxınlarda ölkə vətəndaşlarına BƏƏ-yə "səyahət riskinin yüksək olduğu" barədə xəbərdarlıq edib və bölgəyə vacib olmayan səfərlərdən çəkinməyi, həmçinin "orada olanlar üçün artan ehtiyat tədbirlərini" tövsiyə edib.

Seçilən
44
ucnoqta.az

1Mənbələr