AZ

Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfər edə bilər

Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının Sədri Kim Çen In Rusiyaya səfər edə bilər

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın baş təhlükəsizlik müşaviri Ço Tae Yona istinadən məlumat yayıb.

Qeyd olunub ki, cari ilin iyun ayında Rusiya Prezidenti Vladimir Putin və Kim Çen In hərbi-texniki əməkdaşlığı istisna etməyən Hərtərəfli Əməkdaşlıq Sazişi imzalayıblar.

Sənədin dördüncü maddəsinə əsasən tərəflərdən biri silahlı hücum nəticəsində müharibəyə cəlb edildikdə, BMT Nizamnaməsinin 51-ci maddəsini, habelə ölkələrin daxili qanunvericiliyini rəhbər tutaraq digər tərəf ona bütün mümkün vasitələrlə hərbi dəstək göstərməyi öhdəsinə götürür.

Seçilən
65
14
aznews.az

10Mənbələr