AZ

Britni yarıçılpaq rəqslərinin dəhşətli nəticələrini göstərdi

Yarıçılpaq rəqsləri gündəmdən düşməyən dünya pop səhnəsinin ulduzu Britni Spirs paylaşımları ilə diqqətləri üzərinə cəmləyib.

OLAY yazır ki, sənətçi instaqram səhifəsində bu rəqslərdən sonra ayaqlarında yaranan dəhşətli yaraların fotolarını izləyiciləri ilə bölüşüb.

“Ayaqlarım dörd dəfə qanayıb! Evdəki kimi döşəmə mərmər yox, beton idi, ona görə yerə toxunanda ayağım qanayır”,  - deyə Britni paylaşımına yazıb.  

Görünür ki, ulduz sıyrıqlardan qorxmur. Britni rəqsin faydalarını vurğulayaraq, onun nəfəsini kəsdiyini bildirib:

“Sadəcə dayana bilmədim! Zombi modeli kimi çimərlik paltarında gəzirəm. Mən özümü ifadə etməliyəm, hərəkət etməliyəm və hiss etməliyəm”.

Seçilən
45
1
olay.az

2Mənbələr