AZ

400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu — VİDEO

Bu aydan etibarən Xaçmaz rayonunun Nağıoba kənd sakinləri SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinə kəndlərinin qazlaşdırılması ilə bağlı müraciət ünvanlamayacaqlar. Çünki Nağıobanın bu problemi artıq Birliyin səyləri nəticəsində keçmişdə qaldı. Elə bu məqsədlə təşkil olunan tədbirdə sakinlərlə bərabər Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı və Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi də iştirak edib.

Daha sonra təbii qazın verilişini bildirən rəmzi məşəl alovlandırılıb.

Rəsmi hissənin ardınca rəsmilər "Azəriqaz" İB-nin daxili imkanları hesabına qazlaşdırılan 44 günlük Vətən müharibəsi qazisi Əli Mərdəliyevin yaşadığı fərdi yaşayış evinə baş çəkiblər. Fərdi yaşayış evinə mavi yanacaq verildikdən sonra Birliyin rəhbər şəxsləri qazi ailəsinin digər qayğıları ilə maraqlanıblar.

Qeyd edək ki, "Azəriqaz" İB-nin daxili imkanları hesabına müxtəlif diametrli borularla 8216 metr uzunluğunda qaz xətləri çəkilib. Kəndə təbii qazın verilməsi ilə 92 fərdi evdə 400-ə yaxın kənd sakininin qaz təchizatı şəbəkəsinə əlçatanlığı tam təmin edilib.

Seçilən
36
demokrat.az

1Mənbələr