Qubada III İdman Festivalının 6-cı günü də maraqlı və əyləncəli proqramla davam edib.
İdman.biz xəbər verir ki, Nizami parkında baş tutan tədbirdə 23 idman növündə idmançılar nümunəvi çıxışlar ediblər.
Tədbirə şəhər sakinləri də qoşulub, müxtəlif idman növlərində qüvvələrini sınayıblar.
Günün ikinci yarısında parkda konsert proqramı təşkil olunub. Gənc müğənnilər - Azad Şabanov və Elçin Cəfərov sevilən Azərbaycan mahnıları ilə çıxış ediblər. Festival gününə atəşfəşanlıqla yekun vurulub.
İdman.biz