AZ

Cüdoçularımızdan Avropa Kubokunun ilk günündə 4 medal - FOTO

Yunanistanın Saloniki şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna start verilib.

İdman.biz xəbər verir ki, turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.

Oğlanlar arasında Zeyd Ələsgərov (60 kq) bütün bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutub. Fəxri Sahibzadə (66 kq) gümüş medal, Anar Quliyev (50 kq) və Rüstəm Qasımzadə (55 kq) bürünc medal qazanıblar.

Məhəmmədəli Hüsiyev (55 kq), İlkin Qarayev (60 kq) və Özqan Quliyev (66 kq) 5-ci, Emil Hüseynli (55 kq.) isə 7-ci yerdə qərarlaşıb.

İdman.biz

Seçilən
37
29
idman.biz

10Mənbələr