“Ayın qolu” layihəsi çərçivəsində oktyabrın ən yaxşı qolunun müəllifi olan “Səbail”in yarımmüdafiəçisi Samir Abdullayev mükafatlandırılıb.
Sportinfo.az xəbər verir ki, ona Premyer Liqanın 14-cü turunda “Qarabağ”la görüşdən əvvəl mükafatlar təqdim olunub.
Mükafatları "ASCO Arena"da Peşəkar Futbol Liqasının Texniki-İdman direktoru Elgiz Abbasov təqdim edib.