AZ

Türkiyəli nazirin korteji qəzaya düşdü: Ölən və yaralananlar var - FOTO

Türkiyənin Sanaye və Texnologiya Naziri Mehmet Fatih Kacırın avtomobil korteji qəza keçirib.

Milli.Az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Bildirilir ki, qəza nəticəsində 1 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Yaralılar ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb.

İlkin məlumata görə, hadisə yerinə çox sayda təcili tibbi yardım və polis ekipajı göndərilib.

Xəyal Abdullayev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
81
50
milli.az

10Mənbələr