"Mançester Siti"nin hücumçusu Erlinq Haland İsveçrədə həbs oluna bilər.
İdman.biz xəbər verir ki, norveçli futbolçunu 1 günlük cəza gözləyir.
Haland oktyabrın 25-də İsveçrənin qərbindəki Vo kantonunda qaydanı pozub. Erling 60 frank cərimə ödəməlidir. Əks halda onu növbəti dəfə ölkəyə daxil olduğu təqdirdə həbs təhlükəsi gözləyir.
Qeyd edək ki, Halandın atası Alf-İnqe 2023-cü ildən İsveçrədə yaşayır.
İdman.biz