18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi noyabrın 25-dən dekabrın 1-nə qədər Qəbələdə təlim-məşq toplanışı keçəcək.
Komandaya 24 futbolçu çağırılıb. Onlar arasına yalnız 1 legioner yer alır. Renat Qurbanov Almaniyadan dəvət olunub. O, Oberliqanın J qrupunda mübarizə aparan "Ludwigshafener 1925"dən yığmaya çağırılıb. U-18-in baş məşqçisi Füzuli Məmmədov Sportinfo.az-a Renat haqda məlumat verib: "Biz onu ilk dəfə bura çağırırıq. Hələ üzünü görməmişik. Haqqında müəyyən məlumatlar alandan sonra internetdə 5 oyununa baxdım və qərara aldım ki, milliyə çağırmaq lazımdır. Boyu 183 sm-dir. Çevik və rahat oyunçudur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta