AZ

150 milyon illik dinozavr hərracda 6 milyon avroya satılıb

Parisdə hərraclar tarixində “ən böyük dinozavrın” skeleti satışa çıxarılıb.

Agence France-Press Collin du Bocage və Barbarossa hərrac evlərinə istinadən xəbər verir ki, 150 milyon illik dinozavr hərracda 6 milyon avroya satılıb. Onu anonim kolleksiyaçı alıb, auksionçu Olivye Kollin du Bokacın dediyinə görə, alışı muzeyə köçürmək niyyətindədir.

Otyeyən Apatosaurusun 22 m uzunluğunda skeleti 2018-ci ildə ABŞ-da, Vayominq ştatında aşkar edilib. Həmin ərazidə qazıntılar fransız investorun maliyyə dəstəyi ilə 2019-cu ildən 2021-ci ilə qədər davam edib. Vulkan ləqəbli heyvanın qalıqları daha sonra bərpa üçün Fransaya göndərilib.

Qeyd edək ki, Vayominqdə qanun fərdlərə tarixdən əvvəlki sümükləri çıxarmağa və ona sahib olmağa icazə verir.

Oxuməni.az

Seçilən
10
oxumeni.az

1Mənbələr