AZ

Bayden Azərbaycanı təbrik etdi və təşəkkür bildirdi - RƏSMİ

ABŞ prezidenti Co Bayden Azərbaycanın ev sahibliyi ilə Bakıda keçirilən COP29 iqlim konfransının nəticələrini yüksək qiymətləndirib.

Musavat.com xəbər verir ki, Ağ Evdə yayımlanan rəsmi bəyanatda ABŞ lideri bu tədbiri “daha bir tarixi nailiyyət” adlandırıb.

Baydenin bəyanatı belədir:

“Bu nəticənin əldə edilməsində əməyi olan tərəfləri və COP29-un sədrliyini təbrik edirəm. Qarşıda iqlim hədəflərimizə çatmaq üçün hələ çox iş var. Lakin bu gün əldə edilən nəticə bizi məqsədimizə doğru daha bir əhəmiyyətli addım yaxınlaşdırır. Amerika xalqı və gələcək nəsillər adından biz planetimizi daha təmiz, daha təhlükəsiz və sağlam etmək üçün işimizi sürətləndirməliyik,” – deyə ABŞ prezidenti vurğulayıb.

COP29, Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu bir daha nümayiş etdirdi və qlobal müzakirələrin mərkəzinə çevrildi. Tədbirin yekun nəticələri, yeni iqlim təşəbbüsləri və onların dünya ölkələrinə təsiri geniş müzakirələrə səbəb olub.

Bu konfrans Azərbaycan üçün təkcə ətraf mühit məsələlərində deyil, həm də beynəlxalq siyasətdə öz mövqeyini gücləndirmək baxımından əlamətdar hadisə kimi tarixə düşdü.

Musavat.com

Seçilən
47
musavat.com

1Mənbələr