Əbu-Dabidə itkin düşən ravvinin cəsədi tapıldı
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan “Çabad” yəhudi dini hərəkatının nümayəndəsi Zvi Koqan cəsədi tapılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi bəyanat yayıb.
Bəyanata görə, onun cəsədi BƏƏ təhlükəsizlik xidmətləri tərəfindən tapılıb.
“Birləşmiş Ərəb Əmirliklərinin kəşfiyyat və təhlükəsizlik orqanları 2024-cü il noyabrın 21-də itkin düşən Zvi Koqanın cəsədini tapıblar. Zvi Koqanın qətli cinayət xarakterli antisemit terror aktıdır”, - bəyanatda bildirilib.
İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin “Mossad” kəşfiyyat xidməti və İsrail Milli Təhlükəsizlik Şurası (MTŞ) adından yaydığı bəyanatda Koqanın İsrail və Moldova vətəndaşı olduğu, noyabrın 21-i yoxa çıxdığı qeyd edilib.