AZ

Osmaniye Fıstıq Festivalı

 

  Türkiyənin Osmaniye bələdiyyəsinin təşkil etdiyi Fıstıq Festivalı noyabrın 23-də kortej yürüşü ilə başladı.

  Kortej üçün Əlibəyli məscidinin qarşısına toplaşan iştirakçılar Atatürk küçəsindəki şənliyə qədər yürüyüblər.

  Fıstıqdan hazırlanan məhsulların sərgiləndiyi festivalda qastronomiya tələbələri arasında yemək müsabiqəsi də keçirilib.

  Vali Erdinç Yılmaz festivalın açılış mərasimindəki çıxışında bildirib: “Şəhər fıstıqla bütünləşib. Osmaniye fıstıqları da Avropa İttifaqı coğrafi işarə qeydiyyatından keçib. Festivalın Osmaniye fıstığının tanıdılmasına mühüm qatqı təmin edəcəyini düşünür və hər kəsə xeyirli olmasını arzu edirəm".



Seçilən
6
1
trt.net.tr

2Mənbələr