AZ

Futbolumuzdakı problemlər Milli Məclisin gündəmində

"İdmanın davamlı olması vacibdir.

Problemlərin həlli istiqamətində idman federasiyalarına sponsorların dəstəyinin cəlb olunması məsələsinə baxmaq lazımdır.

Davamlılıq olmadıqda nəticələr əldə etmək qeyri mümkündür və müəyyən müddətə çətinliklərlə üzləşir.

Həmçinin kütləvi idmanlarla bağlı da aidiyyəti qurumlar öz fəaliyyətlərinə fikir verməlidir".

Sportinfo.az xəbər verir ki, bu sözləri gənclər və idman, ictimai birliklər və dini qurumlar, mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında İdman komitəsinin sədri Şahin İsmayılov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Şahin İsmayılov əsasən futbol sahəsindəki çətinliklər və uğursuzluqlara diqqət çəkib.

O, AFFA-nın bu məsələyə xüsusi yanaşmasının vacibliyini vurğulayıb.

Seçilən
49
sportinfo.az

1Mənbələr