AZ

Filippində 2000 ailənin çırağı söndü - 1000-ə yaxın ev külə dünüb

Bu gün Filippinin paytaxtı Manilanın yaxından tikilmiş gecəqondular məhəlləsində güclü yanğın baş verib.

Milli.Az bu barədə "Gulfnews"a istinadən xəbər verir.

Manila yanğın mühavizə idarəsindən bildirilib ki, evlərdən birinin ikinci mərtəbəsində başladığı güman edilən yanğında 1000-ə yaxın ev yanaraq külə dönüb.

Şəhərin təbii fəlakət agentliyinin internetdə paylaşdığı dron görüntüləri Manilanın Isla Puting Bato kəndinin yerlə-yeksan olunduğunu açıq-aydın görmək olur.

Yanğınsöndürmə idarəsinin məlumatına görə, tikililərdə təxminən 2000 ailə yaşayırdı.

Kənd sakini, 65 yaşlı Leonila Abiertas, demək olar ki, bütün var-dövlətini itirsə də, mərhum ərinin külünü xilas edə bilib.

Ağlayan Abiertas "Mən yalnız ərimin külü olan qabı aldım" deyib.

"Bu yanğından sonra həyatıma necə başlaya biləcəyimi həqiqətən bilmirəm".

Yanğınsöndürmə və təbii fəlakət xidmətləri 36 yük maşını və dörd yanğınsöndürmə qayığını səfərbər edib. Ölkənin hava qüvvələri yanğının söndürülməsinə kömək etmək üçün iki helikopter göndərib.

Yanğınsöndürən Geanelli Nunez deyib: "Bu ərazi yanğına meyillidir, çünki oradakı evlərin əksəriyyəti yüngül materiallardan tikilib".

Hadisə nəticəsində ölən və yaralanların olub-olmaması barədə məlumat verilmir.

Xəyal Abdullayev
Milli.Az

Seçilən
28
milli.az

1Mənbələr