“Mançester Yunayted”in növbəti transfer hədəfi məlum olub.
“Bernabeu Digital”ın məlumatına görə, İngiltərə klubu “Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə maraqlanır. MY-nin təmsilçilərinin artıq 22 yaşlı fransalı futbolçunun agentləri ilə təmas qurduqları da bildirilir. Amma Eduardo bu marağı qiymətləndirsə də, hazırkı klubunu tərk etmək fikrində deyil.
Xəbərdə “Real”ın gənc futbolçu üçün 100 milyon funt sterlinq tələb edə biləcəyi də qeyd olunur. Lakin MY rəhbərliyi bu məbləği ödəməyə hazır deyil.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta