AZ

Aktrisa Əfqanıstan qadınları haqda sənədli film çəkdi - VİDEO

Amerikalı məşhur aktrisa Cennifer Lourens Əfqanıstan qadınları haqqında sənədli film hazırlayıb.

Redaktor.az axşam.az-a xəbər verir ki, sənətçinin ailəsi ondan bu fikirdən daşınmağı xahiş edib.

Lourensin sözlərinə görə, yaxınları "Çörək və qızılgüllər" adlı layihəsinin aktrisanın həyatını təhlükəyə ata biləcəyi üçün ekran işindən imtina etməyə çağırıblar.

Lakin Cennifer həyatı təhlükə altında olan 20 milyon qadın olduğu üçün layihədən imtina etməyib.

Lourens siyasətlə məşğul olmağa çalışmadığını vurğulayıb, lakin etiraf edib ki, onun filmi siyasətçiləri Əfqanıstandakı vəziyyətə müdaxilə etməyə sövq edə biləcək.

Qeyd edək ki, film üzərində Lourensdən başqa rejissor Sahra Mani və fəal Malala Yusufzay çalışıb.

Seçilən
27
1
redaktor.az

2Mənbələr