AZ

Basketbol: Millimiz İsveçrəyə Bakıda da uduzdu

Bu gün basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, yığmamız DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsi çərçivəsində İsveçrə milli komandasını qəbul edib.

3 gün öncə İrlandiyaya məğlub olan Tahir Baxşıyevin komandası doğma azarkeşlər qarşısındakı oyunda yaxşı başlayıb. Matça 11:0 hesablı seriya ilə start götürən komandamız ilk periodu üstün bitirib. Bundan sonra daha yaxşı oynamağa başlayan İsveçrə tədricən hesab arasındakı fərqi artırıb.

Səfərdə rəqib komandanın səbətindən 53 top keçirən millimiz Bakıda bu rəqəmi 55-ə yüksəldə bilib. Amma sonda komandamız 30 xal fərqi ilə uduzub.

Qeyd edək ki, qrupun digər matçında İrlandiya Kosovonu sınağa çəkəcək.

Basketbol
DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsi
A qrupu, 4-cü tur
24 noyabr

Azərbaycan – İsveçrə – 55:85 (20:15, 15:22, 8:24, 12:24)
Hakimlər: Edis Tolqa (Türkiyə), Kiril Tvauri (Gürcüstan), Todrubas Daskalu və Vlad Teodor (Rumıniya).
Bakı İdman Sarayı.

Xallar: İsveçrə – 8. Azərbaycan – 5. İrlandiya – 4. Kosovo – 4.

Seçilən
29
arena.az

1Mənbələr