AZ

Rəsmi Bakı kimləri məyus etdi – COP29 uğurundan kor qalanlar

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bağlanış plenar iclası ötən gün gecənin ortasına qədər davam etdi.

Beynəlxalq liderlər, diplomatlar və iqlim mütəxəssisləri saatlarla davam edən danışıqlarda ədalətli və davamlı razılaşma əldə etmək üçün müzakirələr apardılar. Gərgin keçən gecənin sonunda qəbul edilən razılaşma iqlim dəyişikliyi ilə mübarizədə tarixi addım kimi qiymətləndirilir.

COP29-da qəbul edilən qərarlar inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığın yeni mərhələsini açır. Yeni razılaşmaya əsasən, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim tədbirləri üçün hər il 100 milyard dollar əvəzinə 2035-ci ilə qədər 300 milyard dollar vəsait ayırmağı öhdəliklərinə götürdülər. Bu vəsait təbii fəlakətlərin zərərini azaltmaq, bərpa olunan enerji keçidini dəstəkləmək və yoxsulluğun azaldılması üçün istifadə olunacaq.

DOLLAR

Bağlanışda BMT Baş katibi Antonio Quterreşin emosional və ümid dolu çıxışı sammitin zirvə nöqtəsi oldu. Baş katib öz çıxışında həm hökumətləri, həm də qlobal ictimaiyyəti daha iddialı addımlar atmağa çağırdı. O, xüsusilə G20 ölkələrinin liderliyinin vacibliyini vurğuladı:

“G20 ölkələri, emissiyaların əsas mənbələri olaraq, iqlim mübarizəsində liderlik etməlidir. Fosil yanacaq dövrü sona çatır — bu, iqtisadi və ekoloji zərurətdir. Yenilənə bilən enerji mənbələri ilə irəliləmək, iqtisadiyyatın hər bir sahəsini əhatə etməli və ədalətli keçidi təmin etməlidir”.

QUTERES.jpg

Antonio Quterreş Azərbaycanı COP29 sammitinə ev sahibliyi etdiyinə və tədbirin yüksək səviyyədə təşkilinə görə xüsusi təriflədi. O, Azərbaycan Prezidenti İlham Əliyevə, COP29 prezidenti Muxtar Babayevə və onların komandalarına təşəkkürünü ifadə edərək dedi:

“Bakı iqlim mübarizəsində beynəlxalq həmrəyliyin və əməkdaşlığın simvoluna çevrildi. Azərbaycan bu sammitlə, qlobal problemlərin həllində nə qədər əhəmiyyətli rol oynadığını bir daha sübut etdi”.

Quterreş iqlim tədbirlərinin sürətləndirilməsinin vacibliyini qeyd edərək, bütün ölkələri öz iqlim planlarını yeniləməyə və daha iddialı hədəflər müəyyən etməyə çağırdı. O, COP29-da əldə olunan razılaşmanı bir başlanğıc nöqtəsi adlandıraraq bildirdi:

“Bu razılaşma yalnız bir təməl kimi xidmət etməlidir. Hər bir ölkə bu təməl üzərində işləyərək öz iqlim hədəflərini yenidən nəzərdən keçirməli və daha irəliyə getməlidir. Bu mübarizə uzun, lakin qaçılmazdır”.

COP29 Bakı sammiti iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə yeni bir səhifə açdı. Gecənin ortasına qədər davam edən müzakirələr göstərdi ki, ən mürəkkəb problemlər əməkdaşlıq və birgə iradə ilə həll edilə bilər. Sammitin qəbul etdiyi razılaşma yalnız inkişaf etmiş ölkələrin deyil, bütün planetin gələcəyi üçün ümid işığıdır.

Ölkəmiz bu böyük tədbirə ev sahibliyi edənə qədər çox böyük təxribatlarla, qısqanclıq, paxıllıq və riyakarlıqlarla üzləşdi. Qərbin bəzi dairələri Azərbaycanın dünya miqyaslı və BMT sistemində ən böyük tədbir olan COP29-a ev sahibliyi etməsini həzm edə bilmirdilər.

COP.jpg

Erməni diasporu Bakıda COP29-un keçirilməsinə mane olmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasında öz lobbiçilərindən istifadə edirdi. Halbuki rəsmi Bakı bütün ölkələri, o cümlədən Ermənistanı konfransda iştirak etməyə dəvət etmişd. Çoxları bunu təxminən otuz ildir münaqişədə olan ölkələr arasında münasibətlərin normallaşması prosesi istiqamətində yaxşı əlamət kimi qiymətləndirdi.

ABŞ Konqresinin hər iki palatasındakı erməni lobbisi həmin günlərdə xeyli fəallaşmışdı. Gah Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını tələb edən qanunvericilik təşəbbüsləri irəli sürür, gah da Ermənistana yüz milyonlarla dollar dəyərində yardım paketinin ayrılmasına nail olmağa cəhd edirdilər. Həmin kampaniyanın əsas təşkilatçısı öz ardıcıllarını və lobbiçilərini bu prosesə cəlb edən Amerika Erməni Milli Komitəsi idi. Sistem vasitəsilə daxil olan tezislər əsasında avtomatik olaraq anti-Azərbaycan məqalələri yazan botlar ordusu ilə yanaşı, Fransadakı erməni diasporu da xeyli fəallıq göstərirdi.

Avropa Parlamenti COP29 kimi beynəlxalq tədbirdən Azərbaycana qarşı istifadə edirdi. O, öz anti-Azərbaycan xislətini bütün rəngarəngliyi ilə nümayiş etdirirdi.

PARLAMENTİ.jpg

Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsi qoca qitənin bütün problemlərini bir kənara qoyaraq, yenidən ölkəmizə qarşı hücuma keçidini açıq şəkildə götərdi. Qətnamədə Azərbaycanın öz torpaqlarını azad etməsi ilə bağlı "etnik təmizləmə" iddialarının irəli sürülməsi tarixi və hüquqi həqiqətlərin təhrif olunmasından başqa bir şey deyildi.

Əgər etnik təmizləmədən danışılırsa, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi əsl etnik təmizləmə haqqında danışmaq lazım idi. XIX və XX əsrlərdə yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından – indiki Ermənistan ərazisindən qovulub. O cümlədən İrəvan, Göyçə, Zəngəzur və digər bölgələrdən zorla çıxarılmış yüz minlərlə azərbaycanlı bu gün də öz doğma yurdlarına qayıtmaq hüququnu gözləyir. Bu, beynəlxalq hüququn pozulmasıdır və heç kim bu faktları gizlədə bilməz. Avropa Prlamenti nədənsə bu cinayətlərə hələ də göz yumur.

Bu ilin oktyabr ayında AŞPA-nın Strasburqda keçirilən sessiyasında “Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiya ilə bağlı vəziyyətin pisləşməsi” mövzusunda müzakirələr anti-Azərbaycan ruhda keçmişdi. Azərbaycan üzrə məruzəçi, norveçli deputat Liz Kristofersen iddia etmişdi ki, COP29 yaxınlaşdıqca Azərbaycanda hadisələr “pis istiqamətdə” inkişaf etməkdədir.

LİZA.jpg

Buna sübut kimi Azərbaycan Xarici İşlər Nazirliyin Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsinə səs verdiyinə görə 76 deputatın persona-non-qrata elan etməsini göstərmişdi. Məruzəçi erməni separatçılarına qahmar çıxıb, “Azərbaycanda saxlanılan erməni hərbi əsirlər və mülki əsirlər ətrafında həll olunmamış vəziyyət” olduğunu qeyd etmişdi.

Avropa Parlamenti, AŞPA və sairə bu kimi beynəlxalq qurumlarda anti-Azərbaycan səviyyəsində formalaşmış bir "xor" var idi. Həmin xorun solistlərindən biri də Şvabe idi. O, daima anti-zərbaycan ruhlu çıxşlar edirdi. Lakin Şavebinin özü vaxtilə muzdlu şəkildə bir çox dövlətlərin xeyrinə təriflər yağdırıb və ya hansısa dövlətləri məzəmmət, tənqid edib, onlarla bağlı qarayaxma kampaniyaları reallaşdırıb, sifarişlərlə işlər görüb. Hazırda faktiki olaraq ermənipərəst lobbinin də Şvabenin fəaliyyətindəki xətti görünür.

COP ərəfəsində erməni lobbistlərinin kök saldığı ABŞ Konqresində Azərbaycana qarşı edilən təxribatların sayını isə hesalamaq mümkün deyldi. Konqresin İnsan Haqları Komitəsi “Azərbaycanın Dağlıq Qarabağda (?! – red.) apardığı etnik təmizləmə (?! – red.) və Dağlıq Qarabağ (?! – red.) ermənilərinə qarşı insan haqlarının pozulması” ilə bağlı dinləmələr keçirdi. Dinləmənin sentyabrın 19-da(Azərbaycanın Qarabağda 1 günlük antiterror tədbirlərinə başladığı gün) keçirilməsi, “Dağlıq Qarabağ” və “etnik təmizləmə” ifadələr dinləmənin erməni lobbisinin diktəsi ilə keçirildiyindən xəbər verirdi.

Yeri gəlmişkən, hələ də öz evlərinə dönə bilməyən azərbaycanlı qaçqın-köçkünlərin taleyi, təməl haqları nədən Konqresin vecinə deyil? Əlbəttə ki, onların bu suala cavabı yoxdur. Özlərinə sərf etməyəndə deyəcəklər ki, tarixi bilmirlər.

ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi, özünün saxta “hesabatları” ilə Azərbaycana vaxtaşırı hücum edən “Freedom House” (FH) yalançı “insan haqları” təşkilatı 44 günlük müharibə zamanı və ondan sonra Azərbaycanı “artsaxı işğal etmək”də və Ermənistan ərazisinə girməkdə ittiham etmişdi.

FREDOM.jpg

Bu məsələdə ABŞ-nin, daha dəqiq desək, Bayden administrasiyasının öz maraqları var idi. ABŞ Azərbaycanı tələm-tələsik Ermənistanla sülh müqaviləsinə vadar etmək istəyirdi. Bu məsələdə C.Bayden Administrasiyası xüsusi canfəşanlıq edirdi. 4 illik hakimiyyəti boyu uğursuzluqlarla yadda qalan Bayden guya Ermənistanla Azərbaycan arasında sülhə nail olmaqla və hətta sülh müqaviləsinin Vaşinqtonda imzalanmasını təmin etməklə özünə xal qazanmaq və Nobel sülh müküfatına layiq olmaq kimi hədəflər güdürdü.

Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş mənfurların azad olunmasına nail olmaq bir nömrəli məqsəd idi. Nahaq yerə Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” olmuş Ruben Vardanyanın və ailəsinin beynəlxalq hüquq məsləhətçisi Jared Genser Vardanyan və Bakıda istintaq təcridxanasında saxlanılan digər separatçıları “siyasi məhbus” adlandırmırdı. Bu ad altında ictimaiyyətin diqqətini cəlb etmək və separatçıların azad olunmasına cəhdlər edilirdi.

Qərb Qarabağ ermənilərini yenidən qaytarmaq və Azərbaycan xalqı üçün yeni terror və separatizm yuvası qurmağı hədəfləmişdi. Regionu yenidən öz bildikləri kimi idarə etmək üçün vasitələr axtarırdılar.

Qərb çirkin vasitələrlə ev sahibi və sədr ölkə kimi Azərbaycana təzyiq göstərərək iqlim maliyyələşməsi üzrə öhdəliklərindən qaçmağa çalışırdı. Bakıda aparılan müzakirələr də bunu bir daha göstərdi. Dünya Qərbdən 1 trilyon gözlədiyi halda, Qərb yalnız 250 milyard dollarlıq vəsaitlə ortaya çıxdı. Bu rəqəm planlı şəkildə tədbirin ən son günü açıqlandı ki, əlavə müzakirələr üçün vaxt qalmasın. Bütün dünyanı karbon qazı ilə zəhərləyən və qlobal iqlim fəlakətinə səbəb olan Qərb indi məsuliyyətini başqalarının üzərinə yıxmağa çalışır.

Bütün bunlara baxmayaraq, Azərbaycan tədbirə yüksək səviyyədə ev sahibliyi etdi, təxribatçıların arzuları gözlərində qaldı. Bakı COP29 ilə qlobal əməkdaşlığın və iqlim mübarizəsinin mərkəzinə çevrildi.

COP.jpeg

Bu tarixi sammit gələcək nəsillərin daha yaxşı bir dünyada yaşaması üçün atılmış möhtəşəm addımdır.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
31
1
musavat.com

2Mənbələr