AZ

Millimiz İsveçrəyə məğlub oldu

Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, yığmamız DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində İsveçrəni qəbul edib.
 

3 gün öncə İrlandiyaya məğlub olan Tahir Baxşıyevin komandası doğma azarkeşlər qarşısındakı oyunda yaxşı başlayıb. Matça 11:0 hesablı seriya ilə start götürən komandamız ilk periodu üstün bitirib. Bundan sonra daha yaxşı oynamağa başlayan İsveçrə tədricən hesab arasındakı fərqi artırıb.


Səfərdə rəqib komandanın səbətindən 53 top keçirən millimiz Bakıda bu rəqəmi 55-ə yüksəldə bilib. Komandamız 30 xal fərqi ilə uduzub.

Qeyd edək ki, qrupun digər matçında İrlandiya Kosovonu sınağa çəkəcək.

DÇ-2027, Avropa zonası üzrə 1-ci seçmə mərhələsi

A qrupu, IV tur

24 noyabr

14:00. Azərbaycan – İsveçrə - 55:85 (20:15, 15:22, 8:24, 12:24)

Hakimlər: Edis Tolqa (Türkiyə), Kiril Tvauri (Gürcüstan), Todrubas Daskalu və Vlad Teodor (Rumıniya)

Bakı İdman Sarayı

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
20
bizim.media

1Mənbələr