AZ

Türkiyə ordusu Suriyanın şimalında 9 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri antiterror əməliyyatları çərçivəsində PKK/YPG terror qruplaşmasının 9 üzvünü zərərsizləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Suriyanın şimalında yerləşən "Fərat qalxanı" və "Barış bulağı" əməliyyat bölgələrində həyata keçirilən hücumlar hədəfləri tam dəqiqliklə vurub.

Nazirlikdən verilən açıqlamada Türkiyənin terrorla mübarizəni qətiyyətlə davam etdirəcəyi vurğulanıb.

Seçilən
27
4
bakivaxti.az

8Mənbələr