AZ

COP29 Qərb dairələrinin hiyləgər siyasətinə işıq saldı, Bakıda tarixi razılaşma əldə olundu - DETALLAR

Bu il Bakıda keçirilən COP29 tədbiri zamanı və eyni zamanda, tədbirdən öncə bir sıra Qərb ölkələri Azərbaycana qarşı qarayaxma kampaniyaları aparmağa başladılar. Və həmin dövlətlər BMT-nin ölkəmizdə keçirilən nüfuzlu tədbirinə qatılmaqdan da imtina etdilər. Bu dövlətlərin başında isə ABŞ prezidenti Co Bayden administrasiyası və Fransa dayanırdı. Hər nə qədər Bayden administrasiyasi və Fransa Azərbaycanda keçirilən tədbiri boykot etməyə çalışsa da onların ümidləri puç oldu.

Beləliklə, COP29 Sədrliyi bu gün Paris Sazişinin 6-cı maddəsinə əsasən yüksək inteqrasiya olunmuş karbon bazarları üzrə danışıqları yekunlaşdırmaq üçün onillik gözləmə müddətinin başa çatdığını elan edib.

COP29 prezidenti Muxtar Babayev çıxış edərkək bildirib ki, “Biz onillik gözləməyə son qoyduq və 1,5 dərəcəni əlçatanlıqda saxlamaq üçün kritik aləti açdıq. İqlim dəyişikliyi transmilli məsələdir və 6-cı maddə transmilli həll yollarına imkan verəcək. Çünki atmosfer emissiyalara qənaətin harada əldə olunduğuna əhəmiyyət vermir”.

COP29 tədbirində əsas müzakirə edilən məsələlərdən biri də məhz COP iqlim maliyyəsinin razılaşdırılması idi. Bundan öncə də keçirilən COP tədbirlərində maliyyə məsələsi razılaşdırıla bilməmişdi və ümidlər gələn il keçiriləcək COP30 tədbirinə idi. Lakin bu baş vermədi və Azərbaycan mühüm addım ataraq maliyyə məsələsinin razılaşdırılmasına böyük töhfə verdi. COP29-da 2015-ci ildə Parisdə keçirilən tədbirdəki razılaşmaya yenidən baxıldı və qərar qəbul edildi ki, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulsun.

Qeyd edək ki, bundan öncəki COP tədbrilərində bu maliyyənin ödənilməsi nəzərdə tutulsa da, bu baş vermədi və bu öhdəlikdən boyun qaçıran başda məhz Qərb ölkələri oldu. Məhz bu səbəbdən Qərb ölkələri və mediası Azərbaycanda keçirilən bu təbdir zamanı diqqəti müxtəlif istiqamətlərə yönəltmək və maliyyə öhdəliklərini arxa plana keçirməyə nail olmaq istəyirdilər. 

Qərb ölkələrinin bu kimi çirkin niyyətlərinə baxmayaraq, Bakıda keçirilən BMT-nin bu tədbiri yüksək səviyyədə keçirildi və bütün dünyanın diqqətini çəkdi. COP tədbirlərində razılaşdırıla bilməyən 6-cı maddənin Bakıda keçirilən tədbirdə razılaşdırılması tarixə düşdü və Azərbaycanın növbəti uğuru kimi bunu qiymətləndirə bilərik. Və buradan belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan bundan sonra da dünya miqyaslı bütün tədbirləri yüksək səviyyədə qəbul etməyə hazırdır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
48
missiya.az

1Mənbələr