AZ

Moldova Rusiya ilə birbaşa hava əlaqəsini bərpa edə bilmir

“Moldova hazırda Rusiya ilə birbaşa hava əlaqəsini bərpa edə bilmir”.

Bunu ölkənin Baş naziri Dorin Reçan deyib.

“Hazırda Rusiya ilə birbaşa uçuşlar bərpa oluna bilməz, hətta Ukraynadan yan keçməklə belə, Rusiya şirkətləri Moldovaya uça bilməz”, - Reçan bildirib.

Bundan əvvəl Moldovanın keçmiş prezidenti İqor Dodon bildirib ki, ölkəsi Moskva ilə strateji tərəfdaşlığı bərpa etməli, Qərbin Moskvaya qarşı sanksiyalarına qoşulmamalı və bu ölkəyə birbaşa uçuşları bərpa etməlidir.

Seçilən
15
4
sam.az

5Mənbələr