AZ

Moldovanın baş naziri: Hazırda Rusiya ilə birbaşa uçuşlar bərpa oluna bilməz

“Moldova hazırda Rusiya ilə birbaşa hava əlaqəsini bərpa edə bilmir”.

“İki sahil” xəbər verir ki, bunu ölkənin Baş naziri Dorin Reçan deyib.

“Hazırda Rusiya ilə birbaşa uçuşlar bərpa oluna bilməz, hətta Ukraynadan yan keçməklə belə, Rusiya şirkətləri Moldovaya uça bilməz”, - Reçan bildirib.

Bundan əvvəl Moldovanın keçmiş prezidenti İqor Dodon bildirib ki, ölkəsi Moskva ilə strateji tərəfdaşlığı bərpa etməli, Qərbin Moskvaya qarşı sanksiyalarına qoşulmamalı və bu ölkəyə birbaşa uçuşları bərpa etməlidir.

Seçilən
4
4
ikisahil.az

5Mənbələr