AZ

Cüdoçularımız Avropa Kubokunda 4 medal qazandı

Azərbaycan cüdoçuları Yunanıstanın Saloniki şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

 

Sfera.az xəbər verir ki, oğlanlar arasında Zeyd Ələsgərov (60 kq) qızıl, Fəxri Sahibzadə (66 kq) gümüş, Anar Quliyev (50 kq) və Rüstəm Qasımzadə (55 kq) bürünc medala sahib çıxıblar.

 

Məhəmmədəli Hüsiyev (55 kq), İlkin Qarayev (60 kq) və Özqan Quliyev (66 kq) 5-ci, Emil Hüseynli (55 kq) isə 7-ci yerdə qərarlaşıb.

Seçilən
78
29
sfera.az

10Mənbələr