AZ

İlham Məmmədov seçicilərlə görüşdü

Milli Məclisin deputatı İlham Məmmədov 2024-cü ilin noyabr ayı üçün növbəti vətəndaş qəbulu cədvəlinə uyğun olaraq rayonun Malbinəsi kəndində seçicilərlə görüş keçirib.
Milli Məclisin deputatı İlham Məmmədov və YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev əvvəlcə Malbinəsi kəndində Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Kənd sakinlərini ilə görüş zamanı İlham Məmmədov səsləndirilən bir sıra problem və təklifləri dinləyib, aidiyyəti qurumlarla birgə məsələlərin həll olunması istiqamətində tədbirlər görüləcəyini qeyd etmişdir. Qeyd edək ki, həll edilməsi vacib olan məsələlərdən biri- 120 nəfərlik kənd sakinin yaşadığı yeni yaşayış sahəsində elektrik probleminin mövcud olması məsələsi idi. Məhz bu problemin tezliklə həll olunması istiqamətində çox tez bir zamanda müvafiq tədbirlərin görüləcəyi barədə danışan İlham Məmmədov eyni zamanda vurğulayıb ki, Azərbaycan güclü və qüdrətli dövlətdir. Günbəgün inkişaf edən dövlətimizin ali məqsədi vətəndaşlarımızın hüquq və azadlıqlarının layiqincə təmin edilməsi və onların rifah halının yaxşılaşdırılması naminədir.
Seçilən
15
xalq.az

1Mənbələr