Bakı. Trend:
Perunun şimalında yerləşən San Martin bölgəsində avtobusun minikavtomobili ilə toqquşması nəticəsində 7 nəfər həlak olub, 30-dançox insan yaralanıb.
Trend-inməlumatına görə, yerli KİV-lər bu barədə ölkənin Daxili İşlərNazirliyinə istinad edərək xəbər verib.
Hadisə, avtobusun Moyobamba əyalətindəki Fernando Belaunde Terrişossesinin "El Triunfo" adlanan təhlükəli döngəsində minikavtomobili ilə toqquşması nəticəsində baş verib. Bu zaman sürücünəzarəti itirərək avtomobili yoldan çıxarıb və aşıb.
Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilir.
KİV-in məlumatına görə, Piura bölgəsini tərk edən avtobusda 58sərnişin olub, onlardan 23-ü məktəbli uşaqlardır.
Ölkənin təhsil naziri Morqan Kero başsağlığı verərək, hökumətədəstək vəd edib.