AZ

Ermənistanda qəzada Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu

Ermənistandakı Fransa səfirliyinin əməkdaşı Araqatsotn rayonunda avtomobil qəzasına düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə "Sputnik" yazıb.

Mənbə qeyd edir ki, hadisə noyabrın 24-də İrəvan-Vanadzor yolunda, Artavan kəndi yaxınlığında baş verib.
 

"Volkswagen Tiguan", "Lexus" və "Qazel" markalı avtomobillər toqquşub.


Nəticədə hadisənin bir iştirakçısı tibb məntəqəsinə yerləşdirilib.

Məlumata görə, "Volkswagen Tiguan" Fransanın Ermənistandakı səfirliyində qeydiyyatdadır. Diplomatik nümayəndəliyin əməkdaşı xəstəxanaya çatdırılıb.

Bizim.Media

Seçilən
27
5
bizim.media

10Mənbələr