AZ

“SpaceX”in raketi 20 peyki orbitə çıxardı

“Falcon 9” daşıyıcı raketi “Starlink” qlobal internet əhatə sistemi orbital qrupunun tamamlanması üçün növbəti 20 minipeyk partiyasını uğurla orbitə çıxarıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə SpaceX məlumat yayıb.

Raket Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasında ABŞ Sakit Okean vaxtı ilə şənbə günü saat 21:25-də buraxılıb. Təxminən bir saat sonra peyklər daşıyıcının ikinci pilləsindən ayrılaraq orbitə çıxıb.

Bildirilib ki, buraxılış çərçivəsində 15-ci dəfə istifadə olunan daşıyıcı raketin birinci çoxdəfəli pilləsi ayrıldıqdan sonra Sakit Okeandakı “Of Course I Still Love You” dron-platformasına idarə olunan şaquli eniş edib.

2019-cu ilin mayından bəri SpaceX "Starlink" layihəsi çərçivəsində 7,3 minə yaxın peyk buraxıb. Onlardan bəziləri uğursuz olub və ya orbiti tərk edib. Hazırda orbitdə 6,7 minə yaxın peyk fəaliyyət göstərir.(Report)

Seçilən
15
5
olke.az

6Mənbələr