AZ

Ukrayna mətbuatı: Qriqorçukun uğursuzluğa düçar olduğu "Neftçi"dəki işi aldadıcı olmamalıdır

Ukrayna mətbuatı milli komandanın hazırkı baş məşqçisi Sergey Rebrovun yerinə mümkün namizədləri müzakirə edərkən “Qəbələ” və “Neftçi” komandalarının keçmiş çalışdırıcısı Roman Qriqorçukun da adını qeyd ediblər.

Sportal.az xəbər verir ki, “Champion.com.ua” portalı Qriqorçukun “Neftçi”dəki işini xatırlayıb:

"Çernomoets”in sabiq çalışdırıcısının uğursuzluğa düçar olduğu “Neftçi”də gözlənilməz dərəcədə qısa müddətlik işi aldadıcı olmamalıdır. Roman Qriqorçuk Ukrayna pasportu ilə dövrümüzün ən yaxşı məşqçilərindən biri olaraq qalır. Bu, eyni təvazökar resurslar şəraitində güclü komandalarla işləməyi bilən mütəxəssisdir. Eyni zamanda, o, birdən-birə komandanın maraqlarından üstün tutan futbolçulara öz şərtlərini diqtə edəcək qədər sərt məşqçidir. Bu gün Roman Qriqorçukun peşəkarlığına və ambisiyalarına uyğun gələn böyük çağırış almaq arzusu var”.

Xatırladaq ki, Qriqorçukun sonuncu klubu oktyabrda cəmi bir neçə ay çalışaraq istefa verdiyi “Neftçi” olub.

 

saytlarin hazirlanmasi

Seçilən
23
sportal.az

1Mənbələr