AZ

İran İsrailin iki nazirini şirnikləndirib öldürməyə çalışdı... - “Ynet”

Yazını böyüt
Yazını kiçilt

İki İsrailli nazir İran tərəfindən göndərilən mövcud olmayan tədbirlərə dəvət alıb

İsrailli nazirlər Nyu-Yorkda "XABAD" hərəkatı adından təşkil edildiyi iddia edilən mövcud olmayan Hanuka(yəhudilərin bayramı-S.L.) tədbirinə şübhəli dəvətlər alıblar. Məktubları alanlar arasında İrs naziri Amihay Eliyahu və Negev və Qaliley naziri İshak Vaserlauf da olub. "ŞABAK" kəşfiyyat-xidməti ilə əlaqə saxladıqdan sonra məlum olub ki, dəvət, yəqin ki, İran strukturlarının şübhəli bilindiyi mürəkkəb aldatma cəhdinin tərkib hissəsi olub.

Hafta.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşri yazıb.

Hansısa bir "ravvin İshak Şaffer" tərəfindən imzalanan məktubda ABŞ-nin yəhudi icmasının yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə dekabr ayında Milad və Yeni ilə təsadüf edən bayram tədbirinin keçirilməsi planlarından bəhs edilir. “Ravvin” nazirlərə nəqliyyat və yaşayış da daxil olmaqla bütün təşkilati xərcləri təklif edib və onların iştirakını təsdiq etməyi xahiş edib.

Olaylardan birində qondarma personaj nazirin köməkçisi ilə dialoqa girərək İsrailin Vaşinqtondakı səfirliyində işlədiyini, mədəniyyət və dini məsələlər üzrə ikinci katib olduğunu bildirib. Lakin səfir Gilada Erdana ilə aparılan araşdırma göstərib ki, səfirlikdə belə bir şəxs yoxdur. Köməkçinin həmin personaja bununla bağlı iradına o, ittihamla cavab verib: “Sən yalan danışırsan”.

"ŞABAK" nümayəndələrinin sözlərinə görə, məktublar mətnin inandırıcılığını və manipulyasiyalarını artırmaq üçün süni intellekt texnologiyalarından istifadə edilməklə yaradılıb.

Bağlantı üçün cəmi bir neçə ay əvvəl qeydə alınmış Amerika nömrəsindən istifadə edilib ki, bu da kiber-casusluğa cəhd şübhəsini artırır.

Ekspertlər qeyd edirlər ki, bu, İranın və ya digər düşmən strukturunun informasiya toplamaq və ya İsrail rəsmilərinin təhlükəsizliyinə təhdid yaratmaq məqsədi daşıyan yeni taktikalarından biri ola bilər. Departamentlər bütün hökumət nümayəndələrini bu cür mesajları alarkən maksimum diqqətli olmağa və dərhal kiber-təhlükəsizlik mütəxəssisləri ilə əlaqə saxlamağa çağırıb.

Seçilən
26
hafta.az

1Mənbələr