AZ

“Qazprombank” tətbiqi “App Store”dən yoxa çıxıb


“Qazprombank” tətbiqi “App Store”dən yoxa çıxıb.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Qazprombank”dan məlumat verilib.
Bankdan bildirilib ki, xidmət müvəqqəti olaraq əlçatmaz olacaq. Eyni zamanda, əvvəllər quraşdırılmış proqramlar eyni rejimdə işləyir, onun funksiyaları tam mövcuddur.
Bank əvvəllər quraşdırılmış proqramları silməməyi tövsiyyə edir. Bankdan xəbərdarlıq edilib ki, tətbiq silindiyi halda onu yenidən yükləmək mümkün olmayacaq.
Qeyd olunur ki, bu həftə ABŞ “Qazprombank”a qarşı sanksiyalar tətbiq edib. Bundan sonra bir sıra ölkələr, o cümlədən Türkiyə, BƏƏ, Tayland və Çin bu kredit təşkilatı tərəfindən buraxılan “UnionPay” kartlarını qəbul etməyi dayandırıb.
Xatırladaq ki, noyabrın 21-də ABŞ “Qazprombank”a qarşı sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, İsveçrə, Çin, Honq-Konq, Cənubi Afrika, Lüksemburq və Kiprdə qeydiyyatdan keçən bu kredit təşkilatı ilə əlaqəli şirkətlər də daxil olmaqla, 90-dan çox hüquqi şəxs məhdudiyyətlərə məruz qalıb. Departamentin bildirdiyinə görə, “Qazprombank”a və ya onun altı törəmə şirkətinə 50% və ya daha çox sahib olan bütün təşkilatlar bloklanmalıdır.
Kreml “Qazprombank”a qarşı sanksiyaların tətbiqini Rusiya qazının Avropaya tədarükünün qarşısını almaq cəhdi adlandırıb. 2022-ci ilin yazından Aİ ölkələrinə Rusiya qazının tədarükünün ödənişi bu bank vasitəsilə təşkil olunub. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məhdudiyyətləri şərh edərkən bildirib ki, Moskva cavab tədbirləri görmək niyyətindədir.
Seçilən
292
yeniavaz.com

1Mənbələr