AZ

Xaçmaz rayonunun əksər kəndlərində elektrik enerjisinin verilişi dayandırıldı

Ölkənin şimalında güclü külək əsir. Bu səbəbdən Xaçmaz rayonunun əksər kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb.

Bizim.Media-nın Azərişıq ASC-nin Xudat elektruk şəbəkəsindən əldə etdiyi məlumata görə, hazırda şəbəkənin xidmət dairəsinə daxil olan 30-dan artıq kənddə işıq yoxdur.
 

Təhlükəsizlik baxımından küləyin ciddi fəsadlara yol açmaması üçün enerji verilişi dayandırılıb.


Külək stabilləşən kimi yaşayış məntəqələrinə işığın verilişi bərpa olunacaq.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
10
bizim.media

1Mənbələr