AZ

20 ölkə Rusiya bankına qadağa tətbiq etdi – KARTI İŞLƏMİR, TƏTBİQİ “APP STORE”DƏN SİLİNDİ

Rusiynın bank sistemi, növbəti qadağa və ağır zərbə ilə üzləşib. Ölkənin ən böyük banklarından olan «Qazprombank»ın kartlarına eyni vaxtda 20-yə yaxın ölkə qadağa qoyub.

FED.az xəbər verir ki, bir sıra ölkələrdə banklar Rusiyanın “Qazprombank” şirkəti tərəfindən buraxılmış “UnionPay” ödəniş sisteminin bank kartlarına xidməti dayandırıb.

Bildirilib ki, Tailandda banklar vəsaitlərin çıxarılması cəhdində “UnionPay” kartını yanlış əməliyyat bildirişi ilə qaytarır.

Eyni hal Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərinin banklarında da baş verib.

Həm dövlət banklarında, özəl maliyyə qurumlarında və xarici iştirakı olan banklarda “UnionPay” sisteminin bank kartlarına xidmət dayandırılıb, həm də bankomatdan pul çıxarmağa cəhd edərkən ya texniki xəta, ya da kartın bu bank tərəfindən xidmət edilmədiyi barədə xəbərdarlıq verilir.

Xatırladaq ki, noyabrın 21-də cümə axşamı ABŞ Maliyyə Nazirliyi onlarla fiziki və hüquqi şəxsi əhatə edən yeni anti-Rusiya sanksiyalar paketi barədə məlumat verib. Məhdudiyyətlər əvvəllər sanksiyalara məruz qalmayan “Qazprombank”a da tətbiq edilib, kartlarla bağlı qadağa da bundan sonra işə düşüb.

Hazırda 20ölkənin bankları Qazprombankın «UnionPay» kartlarını xidməti dayandırıb. Hazırda bu kart vasitəsilə Argentina, Macarıstan, Vyetnam, Yunanıstan, Misir, Hindistan, İndoneziya, Qazaxıstan, Kamboca, Qətər, Mərakeş, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Tailand, Tunis, Türkiyə, Özbəkistan, Cənubi Afrika Respublikası, Cənubi Koreya və Yaponiya banklarından pul çıxarmaq mümkün deyil.

Rusiya tərəfi üçün ən pisi budur ki, bu dəfə qadağalara Rusiyanın müttəfiqi sayılan Çin, eləcə də yaxın qonşuları, Qazaxıstan və Özbəkistan bankları da qoşulub.

Çinin «Bank of China», «China Construction Bank», «Industrial and Commercial Bank of China» və «Agricultural Bank of China» bankları artıq bu kartlara xidmət etmir. Bu bankların bankomatlarından pul çıxarmaq istəyəndə əməliyyatın mümkün olmaığı göstərilir.

Bu arada «Qazprombank»ın mobil tətbiqi də bloklanıb, daha dəqiqi bu tətbiq «App Store»dən silinib.

ABŞ-ın Qazproma qarşı sanksiya qərarında bildirilir ki, bu bank Rusiyanın Ukraynaya qarşı müharibəsini aktiv şəkildə maliyyələşdirir, o cümlədən onun vəsaitləri ilə hərbi texnika alınır və əsgərlərə ödənişlər edilir.

«Qazprombank»la yanaşı, ABŞ-ın sanksiyalarına Rusiyanın daha 50 bankı məruz qalıb. Xatırladaq ki, «Qazprombank» aktivlərinin həcminə görə, Rusiyanın 3-cü ən böyük bankıdır.

Seçilən
19
fed.az

1Mənbələr