AZ

Cənubi Koreyada kökəlməklə hərbi xidmətdən yayınmağa çalışan şəxs və dostu həbs edilib

Cənubi Koreyanın paytaxtı Seulda qəsdən kökəlməklə hərbi xidmətdən yayınmağa çalışan şəxsə 1 il həbs cəzası verilib.

“İki sahil” xəbər verir ki, “The Korea Herald” qəzetinin məlumatına görə, Dongbu Rayon Məhkəməsi adı açıqlanmayan 26 yaşlı gəncin hərbi xidmətə yararlılığı ilə bağlı imtahandan əvvəl gündəlik istehlak etdiyi yemək və suyun miqdarını qəsdən artırdığına qərar verib və 1 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə həmin şəxsin kökəlməsi üçün müəyyən planlar təklif edərək həvəsləndirən dostu isə cinayətə köməklik və yardım göstərmək ittihamı ilə 6 ay müddətinə azadlıqdan məhrum edib.

Cənubi Koreyada heç bir fiziki problemi olmayan kişilərin ən azı 18 ay məcburi hərbi xidmət keçməsi tələb olunur.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
50
ikisahil.az

1Mənbələr