Misli premyer-liqasının 14-cü turunda “Turan Tovuz” “Sabah”la heç-heçə etdi.
“Football-plus.az” xəbər verir ki, “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevoyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Fikirləşirəm ki, bu gün güclü rəqibə qarşı oynadıq. Yaxşı komplektləşdirilmiş komanda idi. Demək olardı ki, uğursuz məqamdantop buraxdıq. Bu nəticəni ədalətli adlandırmaq olar.
- Komandanın60-cı dəqiqədən sonra oyundan qopmasının səbəbi nə idi?
- Fikirləşirəm ki, bu əsasən hesabı qorumağla bağlı oldu. Ancaq həmin templə vəistəklə davam etmək də olardı.
- Qarşıdakı oyuna 6 xallıq matç kimi baxırsızmı?
- İstənilən halda hazırlaşırıq. Öz işimizi görəcəyik və növbəti oyuna hazırlaşacağıq.
- Oyun planı nədən ibarət idi və nə alınmadı?
- Bu barədə uzun danışmaq olar. İkinci hissədəlazım olanları yerinə yetirmədilər.
ƏSƏD SEYİDOV
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta