AZ

Peskov: Borrellin rəhbərlik etdiyi illər utancla xatırlanacaq

Avropa İttifaqı (Aİ) komissiyasının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borrellin rəhbərlik rəhbərlik etdiyi illər utancla xatırlanacaq.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Düşünmürəm ki, heç kim (Borrelin Avropa diplomatiyasına rəhbərlik etdiyi illər - Qeyd) onları xatırlasın və əgər xatırlasalar, utanc hissi keçirməsin", - deyə o vurğulayıb.

Rusiya liderinin mətbuat katibi Borrelli solğun xarakter adlandırıb və təəssüflə qeyd edib ki, hətta indi də Aİ baş verənlərə müstəqil, ayıq baxışdan uzaqdır.

Borrelin səlahiyyət müddəti 2024-cü ilin noyabrında başa çatır. Onu Estoniyanın Baş naziri Kaya Kallas əvəz edəcək

Seçilən
17
13
bakivaxti.az

10Mənbələr