Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə Ukrayna münaqişəsindəki son hadisələri müzakirə edəcək.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" Türkiyə rəsmisinə istinadla məlumat yayıb.
Bildirilib ki, Rutte noyabrın 25-də Ankaraya uçmaq niyyətindədir.
Agentliyin həmsöhbətinin sözlərinə görə, bazar ertəsi danışıqlar zamanı Ərdoğan və Rutte həmçinin NATO müttəfiqləri arasında müdafiə təchizatı sahəsində maneələrin aradan qaldırılması və Şimali Atlantika Alyansının terrora qarşı birgə mübarizəsini müzakirə edəcəklər.