Bakı. Trend:
İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün 12-ci turunda"Liverpul" "Sauthempton"a qarşı səfər oyununda 3:2 hesabı ilə qalibgəlib.
Trend xəbər verirki, qarşılaşma Sauthemptondakı "Sent Meri" stadionunda keçirilib.İlk hesabı 30-cu dəqiqədə "Liverpul"un macarıstanlıyarımmüdafiəçisi Dominik Szoboslai açıb. Cavab olaraq, 42-cidəqiqədə "Sauthempton"un hücumçusu Adam Armstronq penaltivəziyyətindən yaranan fürsətdən yararlanıb.
56-cı dəqiqədə meydan sahiblərinin portuqaliyalı oyunçusu MateuşFernandeş qol vuraraq komandasını irəli çıxarıb. Lakin "Liverpul"unulduz hücumçusu Məhəmməd Salah ardıcıl hücumlarla fərqlənərəkoyunun gedişatını dəyişib. O, 65-ci dəqiqədə hesabıbərabərləşdirib, 83-cü dəqiqədə isə penaltidən dəqiq zərbə iləoyunun son qolunu vurub.
Bu qələbə ilə "Liverpul" 31 xalla turnir cədvəlində liderliyinimöhkəmləndirib və yaxın izləyicisi "Mançester Siti"ni 8 xal geridəqoyub. Digər tərəfdən, "Sauthempton" cəmi 4 xal toplayaraq cədvəlinsonuncu pilləsində yer alır.