AZ

Bakının bu ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan Binə qəsəbəsində 6 kV-luq hava xəttində naqillərin yenilənməsi işləri ilə əlaqədar noyabrın 25-dən 29-dək elektrik xətləri sifarişə əsasən açılacaq.

 

Senzor.az bildirir ki, bu barədə "Azərişıq" məlumat yayıb.

 

Qeyd olunub ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək Binə Atçılıq yaşayış massivinin bir sıra hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq: “Yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”.

Seçilən
39
49
senzor.az

10Mənbələr