AZ

Tanımadığı şəxs ona etibarnamə verdi, sonda sürücülük hüququ məhdudlaşdırıldı – Tragikomik HADİSƏ VİDEO

Özündən xəbərsiz adına avtomobil etibar edilib... Həmin nəqliyyat vasitəsi ilə törədilən qayda pozuntularının cəriməsi də ona gəlir və sürücülük hüququ məhdudlaşdırılıb...

Xezerxebher.az xəbər verir ki, maraqlı hadisə paytaxt sakini Dilqəm Maqsudovun başına gəlib. Sürücü iddia edir ki, ona kimsə ''Prius'' markalı avtomobili onlayn qaydada etibar edib. Həmin avtomobilin sürücüsünün törətdiyi xətaların cəriməsi də ona gəlir.

Sürücü dərhal bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib. İdarədən də bildirilib ki, həmin etibarnamə ona Qusar rayonundakı notariat kontorunda verilib. Dilqəm Maqsudovu narahat edən başqa bir məsələ həmin avtomobillə törədiləcək hər hansı bir ağır hadisədir. Deyir ki, əgər yol nəqliyyat hadisəsi olarsa, burda o da məsuliyyət daşıyır.

“Bəs belə olduğu halda sürücü nə etməlidir? Hüquqşünas Şamil Paşayev bildirdi ki, sürücü üzləşdiyi problemi hüququ müstəvidə həll edə bilər”

Hüquqşünas onu da əlavə etdi ki, əgər özündən xəbərsiz etibarnamə verilməsini sübuta yetirsə, sürücü barəsində tətbiq edilən cərimə və bal silinəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
68
5
xezerxeber.az

10Mənbələr