AZ

Bert” fırtınası Britaniyanı vurur

...Bölgəni vuran güclü yağış, sulu qar və küləkdən sonra Uelsin böyük əraziləri su altında qalıb. Səbəb ölkədə yaşanan“Bert” fırtınasıdır.

SİA-nın əldə etdiyi məlumata görə, Wales Online xəbər verir ki, indiyə qədər ən azı 3 ölüm məlumdur.

...Uels və İngiltərədə bir çox çaylar sahillərindən çıxıb, Cynon Vadisində isə dəmir yolu xətti su altında qalıb.

Sosial şəbəkələrdə sakinlər Kumbaç dəmiryol stansiyasını əks etdirən foto və videolar paylaşırlar.

Bu ərazilər tamamilə su altında qalıb. Cardiff Bute Parkı daşqın riski səbəbindən bağlanıb.

Media üç nəfərin öldüyünü yazıb.

Şənbə günü Vinçester yaxınlığındakı A34-də avtomobilin üzərinə ağac aşıb. Sürücü dünyasını dəyişib. Oxşar qəza başqa bir sürücü ilə də baş verib.

75 yaşlı Brayan Perri sel sularının artması ilə iti ilə birlikdə itkin düşüb. Onun meyiti bu gün tapılıb.

Minlərlə evin elektrik enerjisi, nəqliyyat əlaqələri kəsilib. Yerli hakimiyyət görünməmiş bir vəziyyət elan edib. Sakinlər vedrə və çanaqlarla səkilərdən su çıxararaq selin öhdəsindən gəlməyə çalışırlar.

Uelsdə hesab edirlər ki, “Bert” qasırğasının vurduğu zərər “Dennis” qasırğasının vurduğu zərərdən daha pisdir.

Əli Babayev

Seçilən
23
sia.az

1Mənbələr