AZ

İran sentrifuqları işə salandan sonra 3 Avropa ölkəsini Cenevrəyə TOPLAYIR

Tehran nüvə proqramı ilə bağlı üç Avropa dövləti ilə danışıqlar aparacaq.

Publika.az "Reuters"ə istinadla xəbər verir ki, tədbir cümə günü, noyabrın 29-da Cenevrədə baş tutacaq.

Tədbirdə İran, Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirlərinin müavinləri iştirak edəcək.

Görüş MAQATE-nin Tehranı agentliklə qeyri-kafi əməkdaşlığa görə tənqid edən başqa bir qətnamə qəbul etməsindən sonra planlaşdırılıb - buna cavab olaraq İran hakimiyyəti uranın zənginləşdirilməsi üçün qabaqcıl sentrifuqları işə salıb.

“Tehran həmişə nüvə probleminin diplomatik yolla həll edilməli olduğuna inanıb. İran heç vaxt danışıqları tərk etməyib”, - yüksək rütbəli İran rəsmisi məlumatı şərh edib.

Seçilən
1
1
publika.az

2Mənbələr